
Bakı. Trend:
Meksikada yoldan keçən təqaüdçünü qəsdən itələyərək yük
maşınının altına salan şəxs saxlanılıb.
Xarici KİV-in məlumatına görə, sosial şəbəkələrdə geniş
müzakirələrə səbəb olan və törətdiyi cinayətlə böyük ictimai qınağa
tuş gələn şəxs polis tərəfindən saxlanılıb.
Hadisə Ruis Kortines prospektində baş verib. Yerli sakin olan
təqaüdçü səkidə hərəkət edərkən qarşıdan gələn aqressiv şəxslə
qarşılaşıb. Həmin şəxs onu çiyni ilə güclü şəkildə itələyib.
Zərbədən müvazinətini itirən yaşlı kişi yolun hərəkət hissəsinə
yıxılıb və yoldan keçən yük maşınının təkərləri altında qalaraq
həlak olub.
Cinayətdə şübhəli bilinən şəxsin 35 yaşlı Ektor İvan olduğu
müəyyən edilib.
O, müşahidə kameralarının görüntüləri əsasında Monterrey
şəhərinin mərkəzi rayonunda polis əməkdaşları tərəfindən
saxlanılıb.
Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun
üzərindən narkotik maddə olduğu ehtimal edilən bir neçə paket aşkar
ediblər.
Hazırda saxlanılan şəxs həbsdədir və sonrakı araşdırmaların
aparılması üçün prokurorluğa təhvil verilib.

