
Bakı. Trend:
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları
operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol
Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul
sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
Razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də
Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə
çempionatı “Misli Premyer Liqası” adlanacaq.
“Misli” hər zaman ölkədə idmanın, xüsusilə də futbolun
inkişafına və populyarlaşdırılmasına yönəlmiş mühüm layihələrin
həyata keçirilməsinə töhfə verir. Şirkətin Azərbaycan Premyer
Liqasına sponsorluğu da bu istiqamətdə həyata keçirilən önəmli
layihələrdən biridir.
Artıq beşinci mövsümdür davam edən bu əməkdaşlıq Azərbaycan
futbolunun uzunmüddətli və dayanıqlı inkişafında mühüm rol oynayır.
Bu müddət ərzində liqaya maraq və yarışın rəqabətliliyi əhəmiyyətli
dərəcədə artıb. Sponsorluq çərçivəsində həyata keçirilən müxtəlif
layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli
futbolun kommersiya dəyərinin artırılmasına da mühüm töhfə
verir.
“Misli” həmçinin kişilərdən ibarət A milli futbol komandasının
rəsmi sponsorudur. Əsas milli komandaya sponsorluq “Misli”nin
ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və dəstəklənməsinə
verdiyi davamlı dəstəyi əks etdirir.
“Misli” və PFL arasında davam edən tərəfdaşlıq futbolun ictimai
dəyərinin artırılmasına, azarkeşlərlə klublar və milli futbol
arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. “Misli”nin
Premyer Liqaya dəstəyi Azərbaycan futbolunun inkişafı üçün yeni
imkanların yaradılmasına xidmət edir.
Qeyd edək ki, 2026/2027-ci illər mövsümünün “Misli Premyer
Liqası” 14 avqust tarixində başlayacaq.

