Toyoyta yarım milyona yaxın avtomobili geri çağırır

Baş səhifə

Bakı.Trend:

Yaponiyanın avtomobil istehsalçısı Toyota ABŞ-də 508 mindən çox
avtomobili geri çağırır. Buna səbəb cihazlar panelinin əsas
məlumatları göstərməsinə mane ola biləcək displeylə bağlı
problemdir.

Bu barədə ABŞ-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli
İdarəsi-nin (NHTSA) məlumatında deyilir.

Geri çağırma 2025-2026-cı illərdə buraxılmış hibrid “Camry”
avtomobillərinə şamil olunur.




Qeyd olunur ki, avtomobil işə salındıqda displey nasazlıq verə
və qəza işıqlarının, dönmə siqnallarının, təhlükəsizlik kəmərinin
bağlanması barədə xəbərdarlığın və digər mühüm məlumatların
göstərilməməsinə səbəb ola bilər.

Geri çağırılan avtomobillərin displey proqram təminatı Toyota
diler mərkəzlərində ödənişsiz yenilənəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir