İran uzun sürən iqtisadi böhran səbəbindən tarixi yol ayrıcındadır

Baş səhifə

Bakı. Trend:

İran uzun sürən iqtisadi böhran, gəlirlərin kəskin azalması,
qiymətlərin artması, müharibə və sairə problemlər səbəbindən tarixi
yol ayrıcındadır.

Bunu iranlı ekspert Məsud Nili “Donyaye-Eqtesad” qəzetində
yazdığı məqalədə qeyd edib.

“Son illərdə, əsasən də 2018-ci ildən bəri ölkədə iqtisadi,
ictimai, mədəni və siyasi baxımdan müxtəlif dəyişikliklər baş
verib. Bu dəyişikliklər fonunda zamanın keçməsi ilə əsasən
iqtisadiyyat baxımından daha dərin problemlər yaranıb”, – deyə o
qeyd edib.

Nili əlavə edib ki, 2018-ci ilin əvvəlindən bəri xarici valyuta
qarşılığında ölkənin milli valyutası 50 dəfə dəyərini itirib:

“Halbuki ötən analoji dövrlə müqayisədə milli valyutanın dəyəri
maksimum şəkildə 4 dəfə azalmışdı. Eyni zamanda valyutanın 50 dəfə
dəyərini itirməsi normal hadisə kimi qeydə alınmayıb. Bu dəyərini
itirmə güclü zəlzələ kimi İran iqtisadiyyatını titrədib və böyük
dağıntılara səbəb olub”.

İranlı ekspert bildirib ki, qeyd olunan zaman kəsiyində ölkədə
qiymətlər 19 dəfədən çox, ərzaq xərcləri isə 34 dəfədən çox
artıb:




“ Halbuki ötən analoji dövrdə bu artım təxminən 3,5-3,8 dəfə,
ərzaq xərcləri isə 4 dəfə təşkil edib.Təxminən 8 illik dövrdə
ölkənin Ümumdaxili Xammal İstehsalı artımı təxminən 1,5 dəfə olduğu
halda, 2018-dən bəri bu istehsal artımı çox azalıb və adambaşına
xalis gəlir 12% azalıb”.

Nili qeyd edib ki, 2018-2024-cü illər aralığında təxminən 16
milyon nəfər yoxsulluq səviyyəsindən aşağı olan kütləyə əlavə
olunub:

“Təbii ki, ondan sonrakı dövrlə bağlı hələlik məlumat dərc
olunmayıb. 2018-dən bəri əmək məşğulluğu yaşına təxminən 5 milyon
nəfər əlavə olunub. Halbuki xalis məşğulluğa sadəcə 400 min nəfər
əlavə olunub”.

Nilinin fikrincə, yığılan iqtisadi problemlər idarəetmənin daha
dərin böhranını əks etdirir:

“ İran qarşıdurma kursunu davam etdirməklə sabitliyə, iqtisadi
inkişafa və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş model
arasında seçim qarşısındadır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir