Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakıda iki küçədə
nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan
Allahverdiyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat
08:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi
nin bir hissəsində – 12 avqust 2026-cı il saat 11:00-dan
nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.




“Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti
yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək
narahatlığa anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir