
Bakı. Trend:
2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi
başlayır.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, ixtisas
seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.
Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I
ixtisas qrupu üzrə ümumilikdə 16 265, II ixtisas qrupu üzrə 4 185,
III ixtisas qrupu üzrə 4 218, IV ixtisas qrupu üzrə 3 446, V
ixtisas qrupu üzrə isə 1 543 plan yeri ayrılıb.
Beləliklə, 2026–2027-ci tədris ili üzrə ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün ümumilikdə 29
657 dövlət sifarişli plan yeri ayrılıb.

