ABŞ İran blokadasını pozmağa çalışan bir gəminin sıradan çıxarıldığını bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Panama bayrağı
altında üzən “Vela Nova” yük gəmisini zərərsizləşdirib.

Bu barədə Komandalıqdan məlumat verilib.

Məlumatda bildirilib ki, gəmi Vaşinqtonun İrana qarşı
blokadasını pozmağa cəhd edib.




Bildirilib ki, gəmi Oman körfəzi vasitəsilə İrandakı limana
doğru hərəkət edib və ABŞ hərbçilərinin dəfələrlə etdiyi
xəbərdarlıqlara məhəl qoymayıb. Bundan sonra ABŞ Hərbi Dəniz
Qüvvələrinə məxsus MH-60 helikopteri “Vela Nova” gəmisinin mühərrik
bölməsinə iki “Hellfire” raketi atıb. Nəticədə gəmi İrana doğru
hərəkətini dayandırıb.

CENTCOM həmçinin bildirib ki, avqustun 11-nə olan məlumata görə,
ABŞ qüvvələri blokadanı pozmağa cəhd etdikləri iddia edilən 55
kommersiya gəmisinin istiqamətini dəyişdirib, tələblərə əməl
etməkdən imtina edən üç gəmini sıradan çıxarıb və daha iki gəmidə
yoxlama aparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir