
Bakı. Trend:
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması
məqsədilə əməliyyatlar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən
tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum
olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov
saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə
aşkarlanıb.
Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin
tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən
narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən
edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

