Putin Qərbə cavabın necə olacağını açıqladı

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvənin buna “güzgü” prinsipi ilə cavab verəcəyini bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Qərb ölkələrinin beynəlxalq hüququ pozaraq Rusiya gəmilərinin hərəkətini məhdudlaşdırmağa çalışdığını və bunu “piratlıq və quldurluq” adlandırıb.

Rusiya liderinin sözlərinə görə, belə addımlar praktikada həyata keçirilərsə, Moskva cavab tədbirləri görəcək.

Putin bildirib ki, Rusiyanın cavabı mütləq Rusiya gəmilərinə qarşı müdaxilələrin baş verdiyi sularda olmayacaq. O, Moskvanın uyğun hesab etdiyi istənilən ərazidə, o cümlədən Sakit okeanda cavab verə biləcəyini deyib.

Qeyd edək ki, Putin daha əvvəl də Rusiya ticarət donanmasına qarşı mümkün ələ keçirmə cəhdlərinə beynəlxalq dəniz hüququ çərçivəsində, lakin qətiyyətlə cavab verilməli olduğunu bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir