
Bakı. Trend:
Yaponiyanın “Toyota” avtomobil konserninin keçmiş rəhbəri Hiroşi
Okuda 94 yaşında vəfat edib.
Bu barədə “Kyodo News” agentliyi “Toyota Motor Corporation”un
rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Okuda 1995-2006-cı illərdə “Toyota”ya rəhbərlik edib və təxminən
30 il ərzində şirkətin qurucu ailəsinə mənsub olmayan ilk rəhbəri
olub. O, yenin möhkəmlənməsinin ixraca mənfi təsir göstərdiyi çətin
bir dövrdə konsernə rəhbərlik etməyə başlayıb.
Yaponiyadan asılılığı azaltmaq məqsədilə Okuda ABŞ-də, Avropada
və Asiyada zavodların tikintisinə üstünlük verib. Bu strategiya
istehsalın iki dəfə artmasına və “Toyota”nın milli brenddən qlobal
oyunçuya çevrilməsinə imkan verib.
Onun rəhbərliyi dövründə şirkətin dünya üzrə satışları təxminən
70 faiz artıb. 2009-cu ildə isə “Toyota” “General Motors”u geridə
qoyaraq dünyanın ən böyük avtomobil istehsalçısına çevrilib.

