MİQ üzrə ümumi vakansiya seçimi mərhələsi başlayıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu
üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi
mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyinin rəsmi saytında dərc olunan məlumata
görə, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer
seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə
yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla
həyata keçirilir.

Bildirilib ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən
sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti
vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.




Ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam
edəcək.

Qeyd edək ki, 8 avqust tarixindən etibarən həyata keçirilən
müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna
uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi
təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat
11:00-da başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir