MÜTDA elektron attestatlarla bağlı yaranmış problemə aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil
məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil
sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə
edə bilərlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi
təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə
imzalanmış təhsil haqqında dövlət sənədləri- attestatlar
vətəndaşlar üçün elektron formada əlçatan olub.

“Attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron
imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil
sənədləridir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron
imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan
sənədlə eyni hüquqi qüvvəyə malikdir.




Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil
məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil
sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə
edə bilərlər.

Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya
edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və
doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq
mümkündür”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada attestatların elektronlaşdırılması
ilə Apostil probleminin ortaya çıxması barədə şikayətlər yayılıb.
Belə ki, valideynlər xaricdə təhsil üçün sənəd təqdim edərkən kağız
daşıyıcıda olmadığı üçün Apostil problemi ilə üz-üzə qaldıqlarını
bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir