Yevlaxda ağır qəza: iki nəfər ölüb, üç nəfər yaralanıb

Baş səhifə

Bakı. Trend:

Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Salahlı kəndi
ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı “Mercedes” və “Naz Lifan” markalı iki avtomobil
toqquşub. Toqquşma nəticəsində iki nəfər həyatını itirib, üç nəfər
müxtəlif dərəcəli xəsarətlər alıb.




Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya
yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir