
Bakı. Trend:
Bu ilin ikinci Günəş tutulması başa çatıb.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən
məlumata görə bu, tam Günəş tutulmasıdır.
Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib.
Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma
saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.
Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.
Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə
olunmayıb.
xxx
12 avqust, 20:15
Bu ilin ikinci və sonuncu Günəş tutulması başlayıb.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən
məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də
başlayıb və 23:57-də başa çatacaq.
Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq.
Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş
diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.
Məlumata görə, tam Günəş tutulması bir sıra ölkələrdən müşahidə
ediləcək. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın
şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən
keçən zolaqda müşahidə olunacaq. Qismən Günəş tutulması isə
Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində,
Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində
görünəcək.
Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq.
Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci
ildə baş verən qismən Günəş tutulması olub. Azərbaycandan növbəti
müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək.
Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə
zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən
tutulma fazasını izləmək mümkün olacaq.

