
Bakı. Trend:
Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş
verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən
məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumatla
əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli
kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət
göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj
avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi
sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və
ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m.
sahədə yanıb.
Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə
olunub.

