Başqırdıstanda neft emalı zavoduna dron hücumu edilib, güclü yanğın başlayıb

Baş səhifə

Avqustun 13-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan iki iri obyektdə güclü yanğın başlayıb.

Bu barədə “UNIAN” yerli “Telegram” kanallarına istinadən məlumat yayıb.

Məlumata görə, respublika ərazisində yerləşən və Rusiyanın ən iri neft emalı və neft-kimya müəssisələrindən biri olan “Qazprom Neftkimya Salavat” neft emalı zavoduna endirilən zərblərdən sonra müəssisə ərazisində güclü yanğın başlayıb.

Yerli sakinlər və “ASTRA” kanalı müəssisənin yerləşdiyi ərazidən göyə qalxan sıx qara tüstünün görüntülərini yayıblar. Hücumdan əvvəl regionda PUA təhlükəsi elan edilib.

Başqırdıstan rəhbəri Radiy Habirov isə Salavat şəhərində sənaye zonasındakı yanğının vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində baş verdiyini bildirib.

Eyni zamanda, Çişmi rayonunda “Wildberries” şirkətinə məxsus iri anbar-paylama kompleksinə dronların zərbəsi nəticəsində ərazidə güclü yanğın başlayıb. Bildirilir ki, bu obyekt ikili təyinatlı məhsulların saxlanılması üçün də istifadə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir