Paşinyan Alen Simonyana yüksək vəzifə verdi

Baş səhifə

Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. O, bu vəzifədə Armen Qriqoryanı əvəz edib.

Modern.az xəbər verir ki, müvafiq sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Daha əvvəl hökumətin iclasında çıxış edən Paşinyan Qriqoryanın həmin iclasda Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə iştirak etdiyini bildirib. Qriqoryan bu vəzifəni təxminən 8 il tutub.

Təhlükəsizlik Şurasının katibinin dəyişdiriləcəyi barədə daha əvvəl Ermənistan mediası məlumat yayıb.
“Hraparak” qəzeti Paşinyanın Qriqoryanı yenidən bu vəzifəyə təyin etmək niyyətində olmadığını yazıb.

Daha sonra “MakaryanNews” nəşri bu postun iyunun 7-də keçirilən parlament seçkilərindən sonra vəzifəsiz qalan parlamentin keçmiş spikeri Alen Simonyana həvalə oluna biləcəyini bildirmişdi.

Beləliklə, Simonyanın Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir