
Bakı.Trend:
Vaşinqton administrasiyası hazırda Kuba ilə bağlı atılacaq
növbəti addımların bütün variantlarını, o cümlədən hərbi
əməliyyatları nəzərdən keçirir.
Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamada jurnalistlərə
açıqlamasında bildirib.
“Bütün variantlar, o cümlədən hərbi variantlar nəzərdən
keçirilir”, – deyə o, ABŞ-nin Karib hövzəsindəki respublikaya qarşı
hərbi əməliyyat keçirməsinin mümkünlüyü ilə bağlı suala cavabında
bildirib.
“Kuba üçün Trampın Amerikanın əsas strateji maraqlarını müdafiə
etməyə hazır olduğu faktını nəzərə almaq məqsədəuyğun olardı”, –
deyə Heqset vurğulayıb.
Heqset həmçinin qeyd edib ki, ABŞ-nin Kuba ilə bağlı atacağı
növbəti addımlar üçün “çoxsaylı variantları” var.

