İran ABŞ-ni yanlış məlumatlarla bağlı ehtiyatlı olmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

İran yanlış məlumatlarla əlaqədar ABŞ-ni ehtiyatlı olmağa
çağırıb.

Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial
şəbəkəsindəki hesabında yazıb.

“ABŞ uzun müddətdir ki, məlumatlar səviyyəsinin aşağı olduğuna
görə, yanlış hesablamalarla üzləşib. İran əleyhinə müharibə bunun
bariz nümunəsidir. Hazırda da Hörmüz boğazı qarşılığında hətta daha
böyük hesablamalarda yanlışlığa yol verib. Saxta xəbərlərdən daha
pis olanı yanlış məlumatlardır. Ehtiyatlı olun”, – deyə o
bildirib.




Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının
bağlandığını bildirir.

Əlavə edək ki, İranla Oman arasında Hörmüz boğazı ilə əlaqədar
müzakirələr aparılmaqdadır. Bu müzakirələrdə irəliləyişlərin əldə
olunduğu bildirilir. İran tərəfi Omanla razılaşma əldə olunduğu
halda, bunun Hörmüz boğazının açılması ilə nəticələnməyəcəyini qeyd
edir. İran Hörmüz boğazının ABŞ-nin bir sıra addımlar atması
nəticəsində açılacağını bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir