
Bakı. Trend:
Sentyabrın 7-dən etibarən “IV Divar” serialını həftənin üç günü
AzTV-nin efirində izləyə biləcəksiniz.
Serial 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı
şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş verən dəhşətli
qətliamın illər sonra yaratdığı təsirlərdən və insan talelərində
buraxdığı izlərdən bəhs edir.
Zaman keçsə də, həmin gecənin sükutu pozulmur. Hadisədən 30 il
sonra uşaqlıqda saf sevgi ilə bir-birinə bağlanan, lakin illər
ərzində ayrı düşən iki insanın yolları yenidən kəsişir. Bu
qarşılaşma keçmişdə gizli qalan həqiqətlərin üzə çıxmasına səbəb
olur.
Hekayənin mərkəzində dayanan dörd əsas personajın həyat yolu
fərqli istiqamətlərdən başlasa da, sonda onları eyni həqiqət
birləşdirir.
“IV Divar” – keçmişin kölgəsində qalan sirlərin, qırılan
talelərin və gecikmiş həqiqətlərin hekayəsidir.

