
Bakı.Trend:
ABŞ-nin İllinoys ştatında “Powerball” lotereyasının iştirakçısı
1 milyard dollardan çox məbləğdə cekpot udub.
Bu barədə lotereyanın rəsmi saytında məlumat verilib.
“İllinoysda “Powerball” tarixində səkkizinci ən böyük cekpot
oynanılıb.
İllinoysda satılan biletdəki nömrələr çərşənbə günü axşam tiraj
zamanı çıxan altı nömrənin hamısı ilə üst-üstə düşüb. Bu,
iştirakçıya 1,04 milyard dollar məbləğində cekpot qazandırıb.
Bu, cari ildə “Powerball” lotereyasında udulan ən böyük mükafat
olub”, – deyə məlumatda bildirilib.

