
Bakı. Trend:
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava
avqustun 17-dək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd
olunub.
Bildirilib ki, fasilələrlə yağış yağacağı gözlənilir:
“Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən
dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı
var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli
sel keçəcəyi istisna olunmur”.

