İran və ABŞ arasındakı gizli danışıqlarda irəliləyiş var

Baş səhifə

İran və ABŞ arasında qapalı formatda danışıqlar aparılır və prosesdə müəyyən irəliləyiş əldə olunub.

Modern.az xəbər verir ki, bunu Pakistanın Moskvadakı səfiri Faysal Niyaz Tirmizi bildirib.

Diplomat Tehranla Vaşinqton arasında təmaslarda irəliləyişin olub-olmadığı ilə bağlı suala müsbət cavab verib. O, məsləhətləşmələrin hazırda da davam etdiyini qeyd edib.

Səfir danışıqların İslamabadda keçirilib-keçirilmədiyi barədə suala cavab verməkdən imtina edib.

“Bu, ictimaiyyət üçün nəzərdə tutulan məlumat deyil, amma biz bunun üzərində işləyirik”, – Faysal Niyaz Tirmizi deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir