
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində bir sıra xarici
ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında
uyğunsuzluqlar aşkar edilib.
Bu barədə agentliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan
yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal
çirkləndiricisi– 3-MCPD(3-monoxlorpropan1,2-diol ) aşkarlanıb:
“Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun
müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən
istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə
idxalına məhdudiyyətlər tətbiq edilib. AQTA bitki və palma
yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini
məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən
edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır.
Nəzarəti tədbirləri davam etdirəcək”.
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma
yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət
tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilib

