Kəlbəcərdə mina partlayıb, xəsarət alan var

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində
avqustun 13-də mina partlayışı hadisəsi baş verib, bir nəfər
xəsarət alıb.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq
kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş
ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət
alıb:




“Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma
aparılır”.

“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara
toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə
fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, – deyə
məlumatda qeyd olunub

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir