Xocavənddə güclü yanğın başlayıb

Baş səhifə

Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib. Alov ətraf ərazilərdən aydın şəkildə müşahidə olunur.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir