Azərbaycan XİN mina təhlükəsi ilə bağlı cağırış edib

Baş səhifə

Bakı. Trend:

2020-ci il müharibəsinin bitməsindən bu yana Azərbaycanda 438
nəfər minanın qurbanı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsindəki səhifəsində yazıb.

“Ard-arda iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb.
2020-ci il müharibəsinin bitməsindən bu yana Azərbaycanda 436 nəfər
minanın qurbanı olub. Bu faciəvi hadisələr münaqişənin ölümcül
mirasının insan həyatını təhdid etməyə, bərpa işlərinə mane olmağa
və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam
etdiyinin sərt xatırlatmasıdır”, – deyə nazirlik qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir