
Bakı. Trend:
Qahirənin şərqindəki “Arabella Plaza” ticarət mərkəzində helium
balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər
yaralanıb.
Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, bütün zərərçəkənlər artıq xəstəxanaya
yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisənin hədiyyə mağazasında baş
verdiyini və partlayış nəticəsində yanğın olduğunu bildirib.
Nazirlik əlavə edib ki, yanğın söndürülüb və təhlükəsizlik
qüvvələri hadisənin səbəblərini araşdırır.

