Zaxarova Yaponiyanın Kurillə bağlı açıqlamalarından danışdı

Baş səhifə

Yaponiyanın Kuril adaları ilə bağlı bəyanatları hüquqi baxımdan əhəmiyyətsizdir.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovandeyib.

Onun sözlərinə görə, Rusiyanın Kuril adaları üzərində suverenliyi və yurisdiksiyası mübahisə predmeti deyil.

Zaxarova deyib ki, Rusiya Prezidentinin Kuril adalarına səfəri ilə bağlı Tokionun açıqlamaları Moskvada “son dərəcə kəskin narazılıq” doğurur.

Qeyd edək ki, Yaponiya İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir və onları “Şimal əraziləri” adlandırır. Rusiya isə İkinci Dünya müharibəsinin nəticələrinə əsaslanaraq Cənubi Kuril adaları üzərində suverenliyinin mübahisə predmeti olmadığını bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir