
Bakı. Trend:
Xankəndi şəhərinə növbəti köç yola salınıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102
nəfər köçürülür.
Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.

