
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp dronların və onların
komponentlərinin idxalına rüsum tətbiq edən Fərman imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Ən yüksək tariflər (100%) maksimum uçuş çəkisi 25 kiloqramdan
çox olan dronlara və termal görüntüləmə cihazlarına, eləcə də dok
stansiyalarına və vacib komponentlərə tətbiq olunacaq.
Xüsusi imkanları və digər komponentləri olmayan daha kiçik
dronlara 25 faiz rüsum tətbiq ediləcək. Avropa İttifaqı, Yaponiya,
Cənubi Koreya, İsveçrə, Lixtenşteyn və Tayvandan olan mallar üçün
rüsum 15 faiz, Böyük Britaniya üçün isə 10 faiz olacaq. Lakin bütün
avadanlıq və proqram təminatı bu ölkələrdə və ABŞ-da istehsal
olunmalıdır.
Tariflər fərman imzalandıqdan 21 gün sonra, daha az həssas
komponentlər üçün isə 180 gün sonra qüvvəyə minəcək.

