
Bakı. Trend:
Qırğızıstanın dövlət başçısı Sadır Japarov 2027-ci ildə
prezident seçkilərində iştirak etmək niyyətində olduğunu
bildirib.
Qırğızıstan KİV-lərinə görə, o, bu barədə jurnalist Əli
Toktakunova müsahibəsində bildirib.
“Daha bir müddətə namizədliyimi irəli sürmək və fəaliyyətimi
davam etdirmək niyyətindəyəm”, – Japarov deyib.
Prezident həmçinin qeyd edib ki, seçkilərdə iştirak etmək
istəyən hər kəs namizədliyini irəli sürə biləcək və digər
namizədlərə məhdudiyyət qoymayacağına söz verib.
Qeyd edək ki, növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci
ildə keçirilməsi planlaşdırılır.

