Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

Baş səhifə

Lənkəranda açıq sahələrdə baş vermiş yanğınlar söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin “112″ qaynar telefon xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir