
Bakı.Trend:
“Meta” şirkətinə məxsus “Instagram” sosial şəbəkə platforması
son on ildə ilk dəfə loqosunu yeniləyib. Bu barədə platformanın
rəhbəri Adam Mosseri məlumat verib.
Onun sözlərinə görə, loqonun əvvəlki dizaynı on il ərzində
dəyişməz qalıb. Buna görə də platforma onu yeniləmək qərarına
gəlib.
“Biz hesab edirik ki, yeni dizayn daha aydın və müasir alınıb.
Bununla yanaşı, o, orijinal versiya ilə əlaqəni, eləcə də həmişə
“Instagram”ın bir hissəsi olmuş sadəliyi və detallara diqqəti
qoruyub saxlayır”, – deyə o, “Threads”də yazıb.
Qeyd edək ki, söhbət tətbiqin öz ikonunun deyil, “Instagram”
adındakı şriftin dəyişdirilməsindən gedir.
“Instagram” loqosunun sonuncu dəfə əsaslı şəkildə dəyişdirilməsi
2016-cı ildə baş verib. Bundan əvvəl tətbiqin ikonunda “Polaroid”
fotoaparatı təsvir olunurdu.

