Erlinq Holann “Ginnesin Dünya Rekordları” kitabına düşüb

Baş səhifə

Bakı.Trend:

Norveçli hücumçu Erlinq Holann “Ginnesin Dünya Rekordları”
kitabına düşüb.

Bu barədə “Guinness World Records” saytında məlumat dərc
olunub.

Futbolçu karyerasında nümayiş etdirdiyi yüksək bombardirlik
göstəricilərinə görə “Ginnesin Dünya Rekordları” kitabının dörd
sertifikatını əldə edib. Norveçli futbolçu İngiltərə Premyer
Liqasında (APL) bir mövsümdə ən çox qol vurmaq üzrə rekord
müəyyənləşdirib – 2022/2023 mövsümündə 36 qol.




O, həmçinin APL-də 100 qola ən qısa zamanda nail olan futbolçu
olub – bunun üçün ona cəmi 111 oyun lazım gəlib.

Holand UEFA Millətlər Liqası tarixinin ən yaxşı bombardiri kimi
tanınıb – Norveç millisinin heyətində 19 qol vurub. Bundan əlavə,
o, 2022/2023 mövsümündə Çempionlar Liqasının bir oyununda “RB
Leypsiq”in qapısına beş qol vuraraq bir matçda ən çox qol vurmaq
rekordunu təkrarlayıb.

Daha əvvəl məlum olub ki, Holann 2026-cı il dünya çempionatının
yekunlarına əsasən dünyanın ən bahalı üç futbolçusundan biri olub.
Onun təxmini bazar dəyəri 220 milyon avro təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir