
Bakı. Trend:
Rumıniyanın Ukrayna sərhədi yaxınlığında yerləşən ərazisinə
naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
PUA Tulça dairəsinin Lunkavitsa rayonunda, Ukrayna sərhədindən 5
kilometr məsafədə aşkarlanıb.
Nazirlik bildirib ki, PUA çox aşağı yüksəklikdə uçduğu üçün
radar müşahidə sistemləri tərəfindən qeydə alınmayıb. O, meşəlik
əraziyə düşüb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan
olmayıb.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatının düşməsi
zamanı partlayış baş verib və nəticədə yanğın başlayıb.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

