
Ağdam. Trend:
Ağdam rayonunda yanğın başlayıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun Mərzili kəndi
ərazisində qeydə alınıb.
Hazırda yanğın minalı ərazidə davam etdiyindən alovun
söndürülməsi və qarşısının alınması çətinləşib.
Qeyd edək ki, ötən gündən başlayan yanğınlar hazırda Füzuli və
Xocavənd rayonlarında da davam edir.
Hər üç rayon ərazisində yanğınların söndürülməsi istiqamətində
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən bölmələrinin
əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

