Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

Baş səhifə

Bu ilin I yarımili ərzində keçirilmiş 3500-ə yaxın elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib.

APA– Economics” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev Şamaxıda keçirilən “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub:

“Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 294,3 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7% təşkil edib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir