Yayda tut yemək üçün 5 səbəb

Baş səhifə

Tut yay mövsümünün ən faydalı meyvələrindən biri hesab olunur. Zəngin vitamin, mineral və antioksidant tərkibi ilə bu meyvə insan sağlamlığı üçün faydalarıdır.

Metbuat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tutun tərkibində olan C vitamini immun sisteminin normal fəaliyyətini dəstəkləyir, antioksidantlar isə hüceyrələri zərərli sərbəst radikalların təsirindən qorumağa kömək edir.

Liflə zəngin olan tut həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir, bağırsaqların normal işləməsini dəstəkləyir. Meyvənin tərkibində olan faydalı maddələrin ürək-damar sağlamlığının qorunmasına da töhfə verdiyi bildirilir.

Bundan əlavə, tutun tərkibində dəmir, kalium və digər faydalı minerallar mövcuddur. Mütəxəssislər bildirirlər ki, balanslı qidalanmanın tərkib hissəsi kimi mövsümündə tut istehlakı orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanmasına töhfə verə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir