Venesuelada 131 siyasi məhbus azadlığa buraxılıb

Baş səhifə

Bakı. Trend:

Venesuela cümə günü 131 siyasi məhbusun azadlığa buraxıldığını
açıqlayıb. Onların arasında keçmiş prezident Nikolas Maduroya qarşı
dron hücumunda ittiham olunan bir qadın da var. Bu açıqlama
hökumətlə danışıqlarda müxalifəti təmsil edən şəxsin həmin
şəxslərin azadlığa buraxılmasına şərait yaradacağı barədə verdiyi
vəddən bir gün sonra səslənib.

Müvəqqəti prezident Del­si Rodriges tərəfindən yaradılmış Sülh
və Demokratik Birgəyaşayış Proqramı açıqlamasında bildirib ki,
“həbs rejimində saxlanılan ümumilikdə 131 nəfər barəsində
azadlıqdan məhrumetməni əvəz edən tədbirlərin tətbiq edilməsi
barədə qərar qəbul olunub”.

Del­si Rodriges Nikolas Maduronun ötən ilin yanvarında ABŞ
qüvvələri tərəfindən ələ keçirilməsindən sonra ölkəyə rəhbərlik
edən müvəqqəti prezidentdir.




ABŞ-ın dövlət katibi Marko Rubio bu azadlığa buraxılmanı ölkədə
çavistlərin dörddə bir əsrdən artıq davam edən hakimiyyətindən
sonra “barışıq yolunda mühüm addım” adlandırıb.

“Venesuelada 130-dan çox siyasi məhbusun bu yaxınlarda azadlığa
buraxılması milli barışıq prosesində mühüm addımdır”, — Marko Rubio
X sosial şəbəkəsində yazıb.

O, həmçinin ABŞ-ın Venesuela hökuməti ilə müxalifət arasında
aparılan danışıqları “yaxından izləməyə” davam etdiyini
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir