Son çempion “Sabah” ilk oyununa çıxır – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki
oyunu keçiriləcək.

Günün ilk matçında meydana “Araz-Naxçıvan” və “İmişli”
komandaları çıxacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş
saat 18:30-da başlayacaq.




Digər matçda isə son çempion “Sabah” “Kəpəz”i qəbul edəcək.
Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma
saat 20:45-də start götürəcək.

Qeyd edək ki, ötən gün mövsümün açılış matçında “Turan Tovuz”
doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir