Bu gün Misli Premyer Liqasında iki oyun olacaq – TƏQVİM

Baş səhifə

Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edəcək. 

Modern.az xəbər verir ki, avqustun 15-də daha iki oyun keçiriləcək. 

“Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edəcək. 

Günün digər matçında isə son çempion “Sabah” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. 

Qeyd edək ki, ilk tura dünən start verilib: “Turan Tovuz” öz meydanında “Qəbələ”yə qalib gəlib – 1:0.

Misli Premyer Liqası

I tur

15 avqust 

18:30. “Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu 

20:45. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir