
Bakı.Trend:
Cümə günü, avqustun 14-də Hörmüz boğazından cəmi 3 gəmi keçib.
Bu, avqust ayında gün ərzində orta hesabla 12 gəmi göstəricisindən
aşağıdır.
Bu barədə “Reuters” real vaxt gəmiçilik monitorinqi platforması
olan “Kpler” şirkətinin apardığı təhlilə istinadən məlumat
yayıb.
“Kpler”in məlumatına görə, cümə günü boğazda İranın ərazi
sularına daxil olan taxıl daşıyan quru yük gəmisi və əks
istiqamətdə hərəkət edən yüksüz gəmi qeydə alınıb. Bundan əlavə,
mayeləşdirilmiş neft məhsullarının daşınması üçün nəzərdə tutulan
daha bir yüksüz tanker boğazdan keçərək Fars körfəzinə doğru
hərəkət edib. Avqustun 14-də bu dəniz marşrutu ilə xam neft
daşınması qeydə alınmayıb.

