Cənubi və Şimali Koreya arasında sülh danışıqları başlaya bilə

Baş səhifə

Bakı.Trend:

Cənubi Koreya Prezidenti Li Çje Myon KXDR-ə iki Koreya arasında
müharibənin başa çatdırılması ilə bağlı birbaşa danışıqlara
başlamağı və Pxenyanın nüvə proqramının dayandırılması yollarını
müzakirə etməyi təklif edib.

Bu barədə Yonhap məlumat yayıb.

Li Çje Myon bu fikirləri Koreyanın 1910-1945-ci illərdə
Yaponiyanın müstəmləkə hakimiyyətindən azad edilməsinin 81-ci
ildönümünə həsr olunmuş mərasimdə səsləndirib.




“Gəlin bir-birimizi təhdid etmək niyyətlərindən əl çəkək və
münaqişənin birbaşa tərəfləri kimi uzun müddətdir davam edən
müharibəyə son qoyulması ilə bağlı danışıqlara başlayaq. Bu proses
çərçivəsində Şimali Koreyanın nüvə potensialının inkişafının
qarşısını almağın səmərəli yollarını da müzakirə edə bilərik”, –
deyə o bildirib.

Li müharibəyə son qoymaq və “qeyri-sabit atəşkəs sistemini” sülh
rejimi ilə əvəzləmək niyyətində olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir