
Bakı.Trend:
İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah” hərəkatına aid
obyektlərə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, zərbələr Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi
ərazisindəki infrastruktur obyektlərinə endirilib.
İsrail tərəfinin versiyasına görə, bu addım “Hizbullah”ın
Livanın cənubunda silahlı dəstələrinin Əli ət-Tahir dağ silsiləsi
ərazisində İsrail hərbçilərinə qarşı həyata keçirdiyi hücumlara
cavab olaraq atılıb.
“İsrail Müdafiə Qüvvələri Hizbullah terror təşkilatının İsrailin
mülki əhalisinə və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə zərər
vurmasına imkan verməyəcək və təhdidlərin aradan qaldırılması
istiqamətində fəaliyyətini davam etdirəcək”, – deyə IDF-in
bəyanatında bildirilib.

