
Bakı. Trend:
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs
saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən 4
yarımtikilidən 2000 manat dəyərində elektrik naqili, məişət
əşyaları, 1 avtomobildən isə səsgücləndirici və digər avadanlıqlar
oğurlanıb.
“Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan
əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı
C.Abbasov saxlanılıb. Araşdırmalarla onun oğurladığı avadanlıqları
satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır”, – deyə məlumatda qeyd
olunub.

