Nərimanovda mağazadan oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir