İsrailin zərbəsi nəticəsində Livanın cənubunda yeddi nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

İsrailin avqustun 15-də səhər saatlarında Livanın cənubuna
endirdiyi hava zərbəsi nəticəsində yeddi nəfər ölüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Livanın Milli Xəbər Agentliyi (NNA)
İsrail təyyarələrinin Ənsar kəndində bir evə zərbə endirməsi
nəticəsində daha üç nəfərin yaralandığını bildirib.

Qeyd olunub ki, bu zərbə Livanın İsraillə ABŞ-nin vasitəçiliyi
ilə sülh çərçivəsi üzrə razılaşmasından sonra son həftələrdə ölkəyə
endirilən ən ölümcül hücumlardan biridir. Razılaşmanın şərtlərinə
əsasən, “Hizbullah” tərksilah edilənədək və Livan ordusu nəzarəti
öz üzərinə götürənədək İsrail qoşunları Livanın işğal olunmuş
cənubunda qalacaq. İranın dəstəklədiyi silahlı qrup bu şərtləri
təslim olmaq kimi qiymətləndirərək rədd edib.




“Hizbullah” lideri Naim Qasım cümə günü çıxışında razılaşmanı
İsrailin yazdığı və Livan hakimiyyətinin imzaladığı “İsrail əmri”
adlandırıb.

İsrail ordusu bildirib ki, gecə saatlarında Livanın cənubunda “Hizbullah”ın infrastrukturuna zərbələr endirib. Ordunun sözlərinə
görə, hücum İsrail hərbçilərinə qarşı hərəkətlərə cavab olaraq
həyata keçirilib.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, “Hizbullah”
tərksilah edilənədək İsrail nəzarət etdiyi ərazilərdən
çəkilməyəcək.

Qeyd olunub ki, martın 2-dən etibarən Livanda son qarşıdurmalar
nəticəsində azı 4 300 nəfər həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir