Universitet yaxınlığında atışma: Yaralananlar var

Baş səhifə

ABŞ-ın Virciniya ştatının Ettrik şəhərində Virciniya Universitetinin yaxınlığında baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Modern.az  xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, atışmada bir neçə şübhəli şəxs iştirak edib. Hadisə Boisau küçəsi ilə Üçüncü prospektin kəsişməsi yaxınlığında baş verib.

Atışmadan sonra Virciniya Universitetinin fəaliyyəti dayandırılıb və təhsil müəssisəsi bağlanıb.

Universitetdən verilən açıqlamada hazırda yaralananların həyatı üçün təhlükənin olmadığı bildirilib.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir