“Avropa İttifaqına üzvlük bizim prioritetimiz deyil" – Ərdoğan

Baş səhifə

“Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması Ankaranın prioritetləri sırasında deyil”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Görünür, Avropa Türkiyəni Avropa İttifaqına qəbul etməyə hazır deyil”, – Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, mövcud vəziyyətdə itirən tərəf Ankara deyil, Avropadır: “Avropa İttifaqına üzvlük bizim prioritetimiz deyil. Türkiyənin İttifaqa qoşulmamasından itirən məhz Avropadır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir